Azərbaycan yığması Millətlər Liqasına məğlubiyyətlə başladı
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirib.
Redaktor.az xəbər verir ki, millimiz kollektiv C Liqasında 3-cü qrupun qarşılaşmasında Qazaxıstanla qarşılaşıb.
Nur-Sultan şəhərindəki "Astana Arena"da təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Abat Aymbetov vurub.
Milli komanda növbəti görüşünü iyunun 6-da Serbiyanın Novi-Sad şəhərində Belarusa qarşı keçirəcək.












