60 ildən sonra bacardılar - Macarıstan yığması İngiltərəni məğlub etdi

 23:11 04.06.2022     390

Futbol üzrə Macarıstan milli komandası 60 ildən sonra İngiltərəni məğlub edib.

Redaktor.az xəbər verir ki, görüş Millətlər Liqasının “A” Divizionunun 3-cü qrupunun ilk turunda baş tutub.

Budapeştdə keçirilən qarşılaşmada ev sahibi 1:0 hesabı ilə qalib gəlib.

Maçtda yeganə qolu 64-cü dəqiqədə 11 metrlik cərimə Dominik Soboslay vurub. Növbəti oyunda macarlar italyanlarla, ingilislər Almaniya millisi ilə qarşılaşacaq, hər iki görüş iyunun 7-də keçiriləcək.

Beynəlxalq Futbol Federasiyası (FİFA) macar azarkeşlərin irqçi şüarlarına görə matça gəlməsini qadağan edib.

Macarıstan yığması bundan əvvəl 1962-ci ildə Dünya Çempionatının qrup mərhələsində İngiltərədən üstün olub.

Həmin vaxt macarlar 2:1 hesabı ilə qalib gəlmişdi.