Millimiz bu gün Belarusla üz-üzə gələcək

 09:00 06.06.2022     568

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Redaktor.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Serbiyada Belarusla üz-üzə gələcək.

Novi Sad şəhərindəki “Karadjordje” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Məhəmməd Əl-Hakimin başçılıq etdiyi isveçli hakimlər idarə edəcək.

Qeyd edək ki, Azərbaycan yığması I turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib - 0:1.