Onun məndə çılpaq fotoları var - Braziliyalı model

 02:22 07.06.2022     1766

Braziliyalı model, gözəllik müsabiqəsinin ikiqat qalibi Syuzi Kortes "Barcelona" klubunun oyunçuları barədə diqqətçəkən açıqlamalar verib.

Redaktor.az Metbuat.az-a istinadən xəbər verir ki, onun iddiasına görə, futbolçular ona lüt fotolarını göndəriblər.

Model xəyanət iddialarına görə Şakiranın ayrıldığı Pikeni daha çox tənqid edib. Modelin sözlərinə görə, Pike də ona fotolar göndərib. O, Pikedən daha çox mesaj aldığını deyib.

"Lüt fotolar olduğunu düşünüb açmırdım" deyən model, "Barcelona" klubunun keçmiş oyunçuları olan yalnız Messi və Koutinyodan mesaj almadığını ifadə edib.