Qurban Qurbanovun oğlu penaltini vura bilmədi- Millimiz uduzdu

 19:46 07.06.2022     489

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Redaktor.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda Finlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Helsinkidəki eyniadlı stadionda təşkil olunan qarşılaşma Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə bitib. 48-ci dəqiqədə Musa Qurbanlı penaltidən yararlana bilməyib. Rəqibin qollarını 50-ci dəqiqədə Naatan Skutta, 55-ci dəqiqədə Oliver Antman və 79-cu dəqiqədə Aqon Sadiku vurub.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran Finlandiya A qrupunun lideri olan Xorvatiyaya çatıb.

Azərbaycan yığması isə 7 xalla 5-ci pillədə qərarlaşıb. Komanda növbəti matçını iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək.