Ukrayna qalib gəldi

 09:00 09.06.2022     273

UEFA Millətlər Liqasının qrup mərhələsində II tura yekun vurulub.

Redaktor.az xəbər verir ki, sonuncu oyun günündə A və B Liqalarında ümumilikdə 4 qarşılaşma oynanılıb.

A Liqasının 4-cü qrupunda Belçika Polşanı 6:1 hesabı ilə darmadağın edib və ilk qələbəsini qazanıb. Qrupun digər matçında Niderland səfərdə Uelsə qalib gələrək xallarının sayını 6-ya çatdırıb.

B Liqasının 1-ci qrupunda Şotlandiya Ermənistanı 2 cavabsız qolla üstələyib. Ukrayna isə səfərdə İrlandiyanı yenib - 1:0.

UEFA Millətlər Liqası

A Liqası

4-cü qrup

Uels - Niderland - 1:2

Qol: Riys Norrinqton-Deyvis, 90+2 - Teun Kopmeyners, 50. Vaut Veqhorst, 90+4

Belçika - Polşa - 6:1

Qollar: Aksel Vitsel, 42. Kevin De Bröyne, 59. Leandro Trossard, 73. 80. Leander Dendonker, 83. Lois Openda, 90+3 - Robert Levandovski, 28.

Xal durumu: Niderland - 6, Belçika - 3, Polşa - 3, Uels - 0.

B Liqası

1-ci qrup

Şotlandiya - Ermənistan - 2:0

Qol: Antoni Ralston, 28. Skott Makkenna, 40

İrlandiya - Ukrayna - 0:1

Qol: Viktor Tsuqankov, 47

Xal durumu: Şotlandiya - 3, Ukrayna - 3, Ermənistan - 3 (2 oyun), İrlandiya - 0 (2 oyuna)