Azərbaycan yığması Avropa çempionatının yarımfinalında - VİDEO

Mini-futbol üzrə Azərbaycan yığması lSovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.
Redaktor.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/4 finalda Slovakiyanı məğlubiyyətə uğradıb - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, hesabı sonadək qorumaq mümkün olub.
Növbəti mərhələdə rəqib Qazaxıstan millisi olacaq.