Bakıda Formula 2 yarışları başladı

 12:55 10.06.2022     190

Bu gün Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.

Redaktor.az xəbər verir ki, 45 dəqiqə davam edəcək sərbəst yürüş başa çatdıqdan sonra saat 15:00-dan 16:00-dək Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək.

Saat 16:30-da isə Formula 2 üzrə ikinci sərbəst yürüş başlayacaq.

Formula 2 yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.

Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.

Formula 2 çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 18-20-də Abu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq.