Şumaxerin oğlu Bakıda qəzaya UĞRADI

 15:32 10.06.2022     493

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.

Redaktor.az xəbər verir ki, "Haas" komandasında çıxış edən Mik Şumaxer uğursuzluqla üzləşib.

23 yaşlı pilotun bolidində maye sızması aşkarlanıb. Şumaxer bu səbəbdən test yürüşünü erkən dayandırmağa məcbur olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.