“Formula-1"də ikinci sərbəst yürüş başa çatdı

 19:11 10.06.2022     477

“Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

Redaktor.az xəbər verir ki, son məşq 1 saat davam edib.

Burada ən yaxşı nəticəni “Ferrari”nin pilotu Şarl Lekler göstərib. Öncə baş tutan birinci sərbəst yürüşdə ən sürətli pilot Serxio Peres (“Red Bull”) olub.

Qeyd edək ki, “Formula-1” pilotlarının sabah baş tutacaq üçüncü sərbəst yürüşü saat 15:00-da start götürəcək.