Məşhur bloqerlər Bakıdan dünyaya sürət həyəcanını ötürürlər

 14:05 11.06.2022     424

“Formula-1” yarışları və onun yaşatdığı həyəcan davam edir.

Redaktor.az xəbər verir ki, yarışlar çərçivəsində dünyanın müxtəlif ölkələrindən bir çox məşhur bloqerlər ölkəmizin qonağıdır.

Bunlar arasında türkiyəli aktyor, bloqer Anıl Altan, youtuber Berkcan Güven, iranlı bloqer Sədəf Taherian və avstraliyalı model Mariam Rod da var.

Onlar Bakını gəzib, milli mətbəximizin ləziz təamlarından dadıb və “Formula-1” yarışları barədə xoş təəssüratlarını sosial şəbəkə hesablarında paylaşıblar.

Qeyd edək ki, sosial şəbəkədə Berkcan Güvenin üç milyondan çox, Anılın 1,2 milyon, Sədəfin iki milyona yaxın, Mariam Rodun isə 1,2 milyon izləyicisi var.