“Formula 2”də sprint yarışının qalibi bilindi

 14:50 11.06.2022     396

"ART Grand Prix" komandasının pilotu Frederik Vesti Bakıda Formula 2 yarışlarının ikinci sprint yürüşünün qalibi olub.

Redaktor.az xəbər verir ki, “Prema Racing”in üzvü Cehan Daruvala yarışı ikinci, Liam Louson (“Carlin”) isə üçüncü sırada tamamlayıblar.

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vurublar.