Ukrayna Ermənistanı darmadağın etdi

Futbol üzrə Millətlər Liqasının 3-cü turunda Ukrayna millisi ilə Ermənistan milli komandası qarşılaşıb.
Redaktor.az xəbər verir ki, görüş Ukrayna millisinin üstünlüyü şəraitində keçib.
Ukraynalılar Ermənistanın qapısından 3 cavabsız top keçiriblər.
Qollar: Ruslan Malinovski 61, Aleksandr Karavayev 77, Vitali Mikolenko 83
Xal durumu: Ukrayna 6, Şotlandiya – 3, Ermənistan – 3, İrlandiya – 0.