Azərbaycan Qran-prisində sıralama turunun qalibi məlum oldu

 19:26 11.06.2022     615

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. 

Redaktor.az xəbər verir ki, "Ferrari"dən Şarl Lekler birinci olub. 

"Red Bull"un pilotu Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen üçüncü yeri tutub. 

Bu gün gerçəkləşən üçüncü sərbəst yürüşdə isə "Red Bull"dan Serxio Peres ən yaxşı nəticəni göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.