Millimiz Avropa çempionudur - VİDEO - YENİLƏNİB

 23:23 11.06.2022     1014

Bu gün Azərbaycan mini-futbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb. 

Redaktor.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.  Yığmamızın üzvü Seymur Məmmədov fərqlənib.

Bununla da yığmamız Avropa çempionu olub.

 

 

***

Xəbər verdiyimiz kimi minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb.

Redaktor.az xəbər verir ki, artıq hesab açılıb, millimiz rəqib qapısından bir top keçirib.

***

Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb.

Redaktor.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya yığması ilə qarşılaşır.

Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda rəqibinə 0:2 hesabı ilə uduzmasına baxmayaraq, digər oyunlarda İspaniyanı 5:1, Albaniyanı 1:0 hesabı ilə məğlub edib. Finala gedən yolda Azərbaycan komandası növbəti görüşlərində İsraili 3:0, Slovakiyanı isə 1:0 üstələyib.

Xatırladaq ki, komandamız yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:3 (penaltilərlə) hesabı ilə qalib gəlib. Bu gün üçüncü yer uğrunda matçda isə Qazaxıstan seçməsi Bolqarıstanla görüşüb.