Dursun Özbək yenidən “Qalatasaray”ın prezidenti seçildi

 23:48 11.06.2022     356

“Qalatasaray” klubunda yeni prezident məlum olub.

Redaktor.az xəbər verir ki, bu gün Türkiyə təmsilçisində seçkilər keçirilib.

Eşref Hamamcıoğlu ilə sabiq prezident Dursun Özbək arasında keçən mübarizədən ikinci qalib ayrılıb. Rəqibini az səslə qabaqlayan Özbək yenidən “sarı-qırmızılılar”ın rəhbəri seçilib.

Qeyd edək ki, Dursun Özbək 2015-2018-ci illərdə “Qalatasaray” prezidenti olub.