Fernando Alonso Bakıda Şumaxerə məxsus rekordu qırdı

 14:51 12.06.2022     152

Hazırda "Alpine" komandasında çıxış edən "Formula 1" pilotu Fernando Alonso Azərbaycan Qran-prisində yeni rekorda imza atıb.

Redaktor.az xəbər verir ki, F. Alonso Bakı mərhələsində çıxış etməklə ən uzun karyeraya malik sürücü adına yiyələnib.

İspaniyalı pilot "Formula 1"də 2001-ci ilin martında debüt edib. Azərbaycan Qran-prisində "Renault", "McLaren" və "Ferrari"nin keçmiş sürücüsü 21 il 3 ay və 8 gününü tamamlayıb. Əvvəlki rekord isə artıq karyerasını başa vurmuş 7 qat dünya çempionu Mixael Şumaxerə məxsus idi.

Qeyd edək ki, Fernando Alonso ikiqat (2005, 2006) dünya çempionudur.