Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı - VİDEO

Azərbaycan millisi bu gün Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
Redaktor.az xəbər verir ki, millimiz 4-cü turda Belarusla doğma meydanda qarşılaşıb. "Dalğa Arena"da keçirilən görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanın qollarını 76-cı dəqiqədə Mahir Emreli və 90+3-cü dəqiqədə Ramil Şeydayev vurublar. Beləliklə, millimiz qrupda ilk qələbəsini qazanıb.
Komandalar arasında 1 həftə əvvəl oynanılan ilk matç 0:0 hesabı ilə yekunlaşıb.
Qrupun digər qarşılaşmasında isə lider Qazaxıstan Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.