“Traktor”u o ÇALIŞDIRACAQ

 14:13 14.06.2022     183

Təbrizin “Traktor” futbol klubu türkiyəli baş məşqçi Ərtuğrul Sağlamla əməkdaşlığın rəsmən sona çatdığını bildirib.

Redaktor.az xəbər verir ki, klub yaydığı açıqlamada məşhur türkmənistanlı məşqçi Qurban Berdıyevin bu gün Təbrizə gələcəyini qeyd edib.

Qeyd edək ki, Qurban Berdıyev bundan öncə Kazanın “Rubin”, Rusiyanın “Rostov”, Qazaxıstanın “Kayrat” klublarını çalışdırıb. O, “Rubin”i Rusiya qalibi edib, Çempionlar Liqasına çıxarması ilə məşhurlaşıb.