Növbəti Avropa çempionatı Azərbaycanda keçiriləcək? - AÇIQLAMA

 20:04 15.06.2022     202

Minifutbol üzrə 2024-cü ilə Avropa çempionatı Azərbaycanda keçirilə bilər.

Redaktor.az xəbər veriir ki, bu barədə milli komandanın baş məşqçisi Elşad Quliyev açıqlama verib.

O bildirib ki, artıq bu məsələ ilə bağlı rəsmi müraciət olunub: "Hələ Avropa çempionatından öncə təklifimizi irəli sürmüşük. Növbəti turniri Azərbaycana salmaq fikirləri var idi. Amma yeganə namizəd bizim ölkə deyil".

Mütəxəssisin sözlərinə görə, 2024-cü il Avropa çempionatı Bakıda təşkil edilsə, yaxşı olar: "Azarkeşlərimiz orada necə səviyyəli futbolçuların çıxış etdiyini görərdi. Biz verilsə, sevinərdim. Çox möhtəşəm turnirdir" (report.az).