Avropa çempionlarımızın şərəfinə konsert keçirilir – FOTO

 21:06 15.06.2022     182

Minifutbol üzrə milli komandamızın Avropa çempionu olması münasibətilə keçirilən konsert artıq başlayıb.

Redaktor.az xəbər verir ki, qalibiyyət münasibətilə Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) konsert proqramı təşkil olunub.

Milli komandanın iştirakı ilə keçirilən konsert proqramında rəsmi şəxslərlə yanaşı Xalq artistləri Zülfiyyə Xanbabayeva, Miri Yusif və estrada müğənnisi Səmra Rəhimlinin çıxış edəcəkləri gözlənilir (oxu.az).

Konsertdən fotoları təqdim edirik: