FIFA “Neftçi”yə görə Tunis klubunu CƏZALANDIRDI

 09:25 16.06.2022     114

Tunisin “Esperans” klubu FIFA tərəfindən cəzalandırılıb.

Redaktor.az xəbər verir ki, adıçəkilən komanda qarşıdakı 3 transfer dönəmində heyətinə oyunçu cəlb edə bilməz.

Buna səbəb “Esperans”ın ilin əvvəlində transfer etdiyi Sabir Buqrin üçün “Neftçi”yə olan borcunu ödəməməsidir. Ali futbol qurumu tunislilərə vaxt qoyub. “Esperans” qısa müddətdə 1,5 milyon dinarlıq (826 min manat) transfer məbləğini Azərbaycan klubuna ödəyərsə, cəza ləğv edilə bilər.

Qeyd edək ki, Sabir Buqrin 2020-ci ilin yayından bu ilin yanvarına qədər “Neftçi”nin formasını geyinib.