"Şəhərlilər"in futbolçusu "Barselona"ya keçmək istəyir

 12:52 18.06.2022     127

"Mançester Siti"nin futbolçusu  Bernardo Silva "Barselona"ya transfer olunmaq istəyir. 

Redaktor.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Bildirilib ki, yarımmüdafiəçi Frenkie de Yonq mövsümlərarası fasilədə Kataloniya klubunu tərk edəcəyi təqdirdə, baş məşqçi Xavinin onunla müqavilə bağlamaqda maraqlı olduğunu bilir.

Futbolçunun gedişinə qarşı çıxan yeganə şəxs "Şəhərlilər"in baş məşqçisi Pep Qvardioladır. İspan mütəxəssis Silvanın klubdan ayrılmasını istəmir.

Qeyd edək ki, Silva ötən mövsüm Premyer Liqada 35 oyunda 8 qol vurub, 4 qolun ötürməsini verib.