"Qarabağ" gürcü qapıçını transfer etdi

 17:20 18.06.2022     378

"Qarabağ"ın Polşanın "Yagelloniya" klubundan icarəyə götürdüyü Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini transfer edib.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

"Köhlən atlar" Belostok təmsilçisi ilə danışıqların yekununa əsasən, qapıçının transfer hüququna yiyələnib.

Qeyd edək ki, Luka Quqeşaşvili bu ilin yanvarından "Qarabağ"da çıxış edir.

Vumart və Güvən reklamı Vumart Güvən