Məhəmməd Salah "Liverpul"u tərk edə bilər

 11:49 19.06.2022     154

İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahla yollarını ayıra bilər.

Redaktor.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar yarımçıq qalıb və razılıq əldə olunmayıb.

İddiaya görə, Mersisayd təmsilçisi 1 illik sözləşməsi qalan misirli hücumçu ilə 2023-cü ilin yayında vidalaşmağa hazırdır. "Liverpul"un rəhbərliyi hesab edir ki, mümkün gediş 30 yaşlı forvardın yeni mövsümdəki çıxışına təsir etməyəcək.

Qeyd edək ki, Məhəmməd Salah ötən mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 51 oyuna çıxıb. O, 31 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.