“Qəbələ” legioneri yola saldı

 19:47 19.06.2022     137

“Qəbələ” futbolçusu Fernan Lopeslə yollarını ayırıb.

Bu barədə Redaktor.az-a klubun prezidenti Fariz Nəcəfov məlumat verib.

O bildirib ki, ispaniyalı hücumçu ailə vəziyyətinə görə əyalət təmsilçisinə qayıtmaq istəməyib: “Stefan Vukçeviçlə bağlı məsələ isə açıq olaraq qalır”.

Qeyd edək ki, Fernan Lopes ötən ilin oktyabrında “Qəbələ” ilə müqavilə bağlamışdı. 27 yaşlı futbolçu daha əvvəl 2019/2020 mövsümündə də “Qəbələ”nin formasını geyinib.