Yığmamız Avropa çempionatını 4 bürünc medalla başa vurdu

 20:29 19.06.2022     183

İsrailin Tel-Əviv şəhərində bədii gimnastika üzrə keçirilən Avropa çempionatında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamız 3 lent və 2 top ilə hərəkətlərin icrasında daha bir bürünc (31.900 xal) medal qazanıb.

Redaktor.az xəbər verir ki, Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatını 4 bürünc medalla başa vurub.