Özbəkistan yığması Rusiya millisi ilə oynamaqdan İMTİNA ETDİ

Özbəkistan yığması Rusiya və Ukrayna komandaları ilə meydana çıxmaqdan imtina edib.
Redaktor.az "Eurostavka.ru"ya istinadən xəbər verir ki, Rusiya və Ukrayna yığmaları Özbəkistanla yoldaşlıq oyunları keçirməyi təklif etsə də, yerli futbol federasiyası buna "yox" deyib.
"Özbəkistan Futbol Assosiasiyasına yaxın mənbə bildirib ki, Rusiyadan milli komandanın oyununun keçirilməsi ilə bağlı rəsmi müraciət bir neçə həftə əvvəl gəlib. Bu o deməkdir ki, indi ruslar başqa variantları nəzərdən keçirir.
Eyni zamanda Ukrayna komandası eyni tələblə Özbəkistan Futbol Assosiasiyasına müraciət edib "yox" cavabı alıb.
“Səbəb aydındır...”,- mənbə bildirib.
Xatırladaq ki, Rusiyanın Ukraynanı işğalı səbəbindən sözügedən ölkənin yığması beynəlxalq oyunlardan rəsmən uzaqlaşdırılıb.
İLTİFAT