AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

 15:50 21.06.2022     386

AFFA  21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçlə yolları ayırıb.

Redaktor.az AFFA-nın saytına istinadən xəbər verir ki, onun  müqavilə müddəti başa çatdığı bildirilib

Mütəxəssislə müqaviləni yeniləməyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Milan Obradoviçə U-21 milli komandasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Azərbaycan U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcəyi vurğulanıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən