"Neftçi"nin yeni baş məşqçisi MƏLUM OLDU

"Neftçi" futbol klubunun yeni baş məşqçisi bəlli olub.
Redaktor.az klubun rəsmi telekanalına istinadən xəbər verir ki, bu vəzifəyə Laurensiu Regekampf təyin edilib.
Rumıniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
O, "Neftçi TV"yə açıqlamasında böyük bir kluba gəldiyini, amma futbolçuları yaxından tanımadığını, sabahdan etibarən onlarla bağlı məlumat toplayacağını bildirib.
Qeyd edək ki, Laurentsiu Regekamfın ölkəsində "Snaqov", "Qloriya" (Bıstritsa), "Konkordiya", "Styaua" kimi komandalara rəhbərlik edib.
Rumıniyalı mütəxəssis həmçinin Bolqarıstanın "Liteks", Səudiyyə Ərəbistanının "Əl-Hilal" və "Əl-Əhli", Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vahda" və "Əl-Vasl" klublarında da baş məşqçilik edib. Onun sonuncu iş yeri "Universitatya" (Krayova) olub.
İLTİFAT