İdmançılarımız Avropa çempionatında 8-ci medalı qazandı
Azərbaycanın yeniyetmə cudoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış ediblər.
İdmançılarımızdan Əli Hacızadə bürünc medal qazanıb.
Redaktor.az xəbər verir ki, 73 kq çəki dərəcəsində rəqib israilli Yaniv Aqronov olub. Rəqibinə ipponla qalib gələn Hacızadə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Bununla da, Azərbaycanın Avropa çempionatında qazandığı medalların sayı 8-ə çatıb.
Daha əvvəl Şahin Orucov (55 kq), Nizami İmranov (60 kq) və Fidan Əlizadə (57 kq) qitə çempionu olub, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev (66 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medala sahib çıxıblar.












