"Qarabağ" Rumıniya klubunu darmadağın etdi

 20:49 25.06.2022     418

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün ilk yoxlama oyununu keçirib.

Redaktor.az xəbər verir ki, rəqib Rumıniya "Botoşani"si olub. Kössen stadionunda təşkil olunan qarşılaşma "köhlən atlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubunun heyətində qolları 11-ci dəqiqədə Kadi Borges, 15-ci dəqiqədə Marko Veşoviç, 40-cı və 58-ci dəqiqələrdə isə İbrahima Vadji vurub.

Qeyd edək ki, növbəti oyunlar iyunun 29-da olacaq. "Qarabağ" həmin gün Almaniyanın "Holştayn Kiel" və Rumıniyanın "Universitatya Krayova" klubları ilə üz-üzə gələcək.

"Botoşani" ötən mövsüm Rumıniyanın yüksək liqasını 7-ci pillədə başa vurub və pley-off matçında "Universitatya Krayova"ya uduzaraq, UEFA Konfrans Liqasına vəsiqə qazana bilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən