Basketbol millimiz 3-cü yer uğrunda oyuna çıxacaq
Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bu gün 3-cü yer uğrunda oyuna çıxacaq.
Redaktor.az xəbər verir ki, Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv Andorra yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Andorraya 69:72 hesabı ilə uduzub.












