Azərbaycanda idmançı faciəli şəkildə öldü

 12:09 03.07.2022     804

Gəncədə fəaliyyət göstərən "Metallurq" İdman Klubunun cüdo üzrə məşqçisi Orxan Hümbətov ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.

Qəza nəticəsində mütəxəssisin ailə üzvləri də dünyasını dəyişib.

Qurum bütün cüdo ailəsi adından Hümbətov və ailə üzvlərinin vəfatından kədərləndiyini bildirib, onun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Vumart və Güvən reklamı Vumart Güvən