Afrikada 91:1 və 95:0 hesabları ilə bitən oyunlar araşdırılacaq

 18:06 06.07.2022     531

Syerra-Leone Futbol Assosiasiyası (SLFA) ölkə çempionatının ikinci divizionunda ümumilikdə 187 qolun vurulduğu iki oyunun nəticələri ilə bağlı araşdırmalara başlayıb.

Redaktor.az xəbər verir ki, söhbət “Gulf”-“Kokima Livan” (91:1) və “Kahula Reyncers”-“Lumbenbu United” (95:0) görüşlərindən gedir.

Federasiyadan bildirib ki, oyun manipulyasiyasına sıfır dözümlülük nümayiş etdirilir.

“Sözügedən məsələ hərtərəfli araşdırılacaq və təqsirli bilinən hər kəs qanunun gücünü hiss edəcək”, - deyə qurumun bəyanatında qeyd olunur.

Nəticənin düzgün olduğu təsdiqlənərsə, bu iki nəticə futbol tarixində ən böyük nəticələrdən biri olacaq.

Xatırladaq ki, tarixdəki ən böyük hesab 2002-ci ildə Madaqaskarda qeydə alınıb. Həmin vaxt “Adema” klubu “SO Emir”ə 149:0 hesabı ilə qalib gəlib. Həmin görüşdə uduzan komandanın oyunçuları hakimin qərarlarına etiraz olaraq bilərəkdən öz qapılarına qollar vurublar (oxu.az).

Vumart və Güvən reklamı Vumart Güvən