FİFA və UEFA-nın keçmiş rəhbərləri haqqında qərar AÇIQLANDI

 13:36 08.07.2022     313

İsveçrə məhkəməsi FIFA-nın keçmiş prezidenti Yozef Blatterə və UEFA-nın keçmiş rəhbəri Mişel Platiniyə bəraət verib.

Redaktor.az AFP-ə istinadən xəbər verir ki, İsveçrə Prokurorluğu iki il sınaq müddəti ilə bərabər, məmurlara 1 il 8 ay şərti həbs cəzası istəmişdi.

Qeyd edək ki, Yozef Blatter və UEFA-nın keçmiş prezidenti Mişel Platini korripsiyada ittiham olunurdular. 

Məhkəmə Blatterin 2011-ci ildə Platini üçün təşkil etdiyi iki milyon İsveçrə frankı məbləğində ödəniş epizoduna baxırdı. 

Baş Prokurorluq hesab edirdi ki, ödəniş qanuni əsaslar olmadan həyata keçirilib və FIFA-nın aktivlərinə zərər vurub. Blatter və Platini ödənişin şifahi razılaşdırıldığını iddia ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən