“Mançester Yunayted”dən Ronaldo barədə AÇIQLAMA
Kriştianu Ronaldu “Mançester Yunayted”lə mövsümöncəsi turnirlərə qatılmayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə klubdan rəsmi açıqlama verilib.
Bildirilib ki, portuqaliyalı komanda ilə Tailand və Avstraliyaya getməyəcək.
“Qırmızı şeytanlar”ın rəhbərliyi 37 yaşlı futbolçuya ailə problemlərini həll etmək üçün əlavə vaxt verib. Məhz bu səbəbdən də ulduz oyunçu “Mançester Yunayted”in məşqlərini buraxıb.












