İsveçrə klubu millimizin hücumçusunu transfer etdi

 14:49 09.07.2022     421

Azərbaycan millisinin və İngiltərə "Vulverhempton"unun futbolçusu Renat Dadaşov İsveçrənin "Qrasshopper" komandasına keçib.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Sürix təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə də icarə əsasında "Qrasshopper"də çıxış edib.

Vumart və Güvən reklamı Vumart Güvən