Poqba yenidən "Yuventus"a qayıtdı
"Yuventus" "Mançester Yunayted"dən ayrılan Pol Poqbanın transferini rəsmiləşdirib.
Redaktor.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. O, komandada 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Poqba 2012-2016-cı illərdə "Yuventus"da oynayıb.












