“Mançester Siti” Rodri ilə müqaviləni yenilədi

 14:10 12.07.2022     340

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Rodri ilə müqaviləni yeniləyib.

Redaktor.az klubun rəsmi saytına istinadla xəbər verir ki, ispaniyalı futbolçu ilə 2027-ci ilədək müqavilə imzalanıb.

İyirmi altı yaşlı futbolçu daha üç mövsüm Mançester təmsilçisinin şərəfini qoruyacaq.

2019-cu ildən “Mançester Siti”də çıxış edən futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 33 matçda meydana çıxıb. Futbolçu 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Vumart və Güvən reklamı Vumart Güvən