Məsut Özil bu klubla anlaşdı

 14:57 14.07.2022     142

"Fənərbaxça" ilə yollarını ayıran məşhur futbolçu Məsut Özilin yeni komandası məlum oldu.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Özil bu gün İstanbul təmsilçisi "Başakşehir"lə müqavilə imzalayıb.

34 yaşlı yarımmüdafiəçinin sözləşməsi 1+1 illik nəzərdə tutulub.

Qeyd edək ki, Mesut 2021-ci ilin yanvarında İngiltərə "Arsenal"ından "Fənərbaxça"ya transfer olunmuşdu. O, daha öncə İspaniyanın "Real Madrid" klubunda çıxış edib.

M.Özil əslən türk olsa da Almaniya millisinin heyətində çıxış edib, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.