Levandovski "Barselona" ilə razılaşdı

 09:07 16.07.2022     198

Almaniyanın "Bavariya" futbol klubunun polşalı hücumçusu Robert Levandovski İspaniyanın "Barselona" klubu ilə 3 illik müqavilə imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” telekanalının jurnalisti Fabrisio Romano bildirib.

Onun məlumatına görə, "Bavariya" polşalının "Barselona"ya transferi üçün 50 milyon avro alacaq. Qeyd edilir ki, klublar cümə günü yekun razılığa gəliblər, Levandovskinin transferi həftə sonu açıqlanacaq.

Levandovskinin "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Mayın 30-da futbolçu komandadan ayrılmaq niyyətində olduğunu bildirərək, klubla əməkdaşlıq müddətinin başa çatdığını qeyd edib.

Levandovskinin 33 yaşı var, o, 2014-cü ildən “Bavariya”da çıxış edir, hücumçu komandanın heyətində 374 oyun keçirib, 344 qol vurub və 72 məhsuldar ötürmə edib, polyak yeddi dəfə Almaniya çempionatının bombardiri olub.

Levandovski "Bavariya"nın heyətində Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub.