"Bavariya" Ronaldodan imtina etdi

 19:41 16.07.2022     165

“Münhenin “Bavariya” klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldonu transfer etmək fikrində deyil”.

Redaktor.az "sports.ru"ya istinadla xəbər verir ki, bu sözləri Münhen klubunun idman direktoru Həsən Salihamidziç deyib.

“Kristiano Ronaldoya, onun uğurlarına və karyerasına böyük hörmətim var. Amma bir daha deyirəm, onun transferi bizim planlarımızda deyil və planlarımızda da olmayıb”, – deyə “Bavariya” rəsmisi vurğulayıb.