Cüdoçumuz Xorvatiyada ikinci oldu

 22:14 16.07.2022     157

Azərbaycan cüdoçusu Səid Mollayi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə final görüşünə çıxıb.

Redaktor.az xəbər verir ki, 81 kq çəki dərəcəsində həlledici qarşılaşmada rəqib fransalı Alfa Umar Calo olub.

Rəqibinə uduzan Mollayi gümüş medalla kifayətlənib.

Qeyd edək ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan Qran Pridə 14 cüdoçu ilə təmsil olunur.