Qarabağ braziliyalı futbolçunu transfer etdi

 20:34 17.07.2022     334

“Qarabağ” klubu yeni futbolçu transferini həyata keçirib.

Redaktor.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı Julio Romanla 4 illik müqavilə bağlanılıb. 24 yaşlı yarımmüdafiəçi yeni komandasında 6 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, Julio Roman peşəkar futbolçu kimi 2020-ci ildən Portuqaliyanın “Santa Klara” klubunda çıxış edib. O, 20 oyunda çıxış edib. Daha əvvəl isə Roman Braziliyanın "Paranaense" və “Ponte Preta” komandalarının formasını geyinib.