Mourinyo Avrokubokları çiyninə “yapışdırdı” – FOTO

 03:30 18.07.2022     308

“Roma”nın baş məşqçisi Joze Mourinyo qazandığı Avropa kuboklarının təsvirini döymə üsulu ilə çiyninə çəkdirib.

Redaktor.az xəbər verir ki, Portuqaliyalı mütəxəssis bu barədə sosial şəbəkədə məlumat verib.

O, Konfrans Liqasını qazandıqdan sonra romalıların sevincindən ilhamlandığını yazıb və yalnız ona məxsus olan unikal döymə etdirdiyini bildirib.

Qeyd edək ki, Maurinyo Çempionlar, Avropa və Konfrans Liqalarını qazanmış yeganə məşqçidir. Bu, 59 yaşlı mütəxəssisin ilk döyməsidir.

 

Vumart və Güvən reklamı Vumart Güvən