"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibi məlum oldu

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Redaktor.az xəbər verir ki, "köhlən atlar" II təsnifat mərhələsində İsveçrə "Sürix"ini üstələyəcəyi təqdirdə, "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ" / "Sürix" duelinin qalibi ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.