"Qarabağ"ın əvvəlki oyundakı nəticəsi bizi qorxutmur" - "Sürix"in baş məşqçisi

"Qarabağ"ın əvvəlki oyundakı nəticəsi bizi qorxutmur".
Rdaktor.az xəbər verir ki, bunu İsveçrənin "Sürix" komandasının baş məşqçisi Franko Foda Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis "köhlən atlar"ın Poznandakı matçını canlı izlədiklərini bildirib.
Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.