“Qarabağ” "Sürix"ə qalib gəldi - YENİLƏNİB

“Qarabağ”-“Sürix” qarşılaşması təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatdı.
***
Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.
Redaktor.az xəbər verir ki, 85-ci dəqiqədə qonaqların futbolçusu Mirlind Kryeziu penaltini dəqiq yerinə yetirib.
Azərbaycan təmsilçisi hazırda 3:2 hesabı ilə öndədir.
***
UEFA Çempionlar Liqasınının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Sürix” qarşılaşmasının ilk hissəsi başa çatıb.
Redaktor.az xəbər verir ki, ilk hissədən sonra Azərbaycan çempionun Kadi Borges və İbrahima Vadjinin qolları ilə 2-0 öndədir.