Azərbaycan qılıncoynadanı dünya ikincisi oldu

Azərbaycan qılıncoynadanı Anna Başta Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Redaktor.az xəbər verir ki, 27 yaşlı sablyaçımız həlledici dueldə yaponiyalı Misaki Emura ilə üz-üzə gəlib.
Rəqibinə 10:15 hesabı ilə uduzan Başta gümüş medalla kifayətlənib.